Milli Şura vahid namizədini müəyyənləşdirib

Milli Şura vahid namizədini müəyyənləşdirib
# 02 iyul 2013 10:17 (UTC +04:00)

APA-nın məlumatına görə, sessiyada əsas mövzu Milli Şurasının qarşıdan gələn prezident seçkilərində vahid namizədinin müəyyən edilməsi məsələsi olub.

Müsavat Partiyasının başqanı İsa Qəmbər çıxışında bildirib ki, Müsavat üçün prioritet namizəd Rüstəm İbrahimbəyovdur: “Biz dəfələrlə bəyan etmişik ki, Rüstəm İbrahimbəyovun vahid namizəd olmasını dəstəkləyirik. Lakin onun vahid namizəd olmasının müsbət tərəfləri ilə yanaşı, riskləri də var. Bunlardan biri Rüstəm İbrahimbəyovun Azərbaycanda olmamasıdır. Ümid edirəm ki, Rüstəm bəy dediyi kimi, iyulun axırında Azərbaycana dönəcək, daha deməyəcək ki, 100 minlik mitinq keçirin, gələcəm, namizədliyim qeydiyyatdan keçsin, gələcəm. Vahid namizədin iştirak etmədiyi seçki prosesi tragikomediyaya dönə bilər. Milli Şuranın seçkidən kənarda qalması Milli Şurasının fəlsəfəsinə ziddir”.

İ. Qəmbər Müsavat Partiyası fəallarını R. İbrahimbəyova səs verməyə çağırıb. Bununla belə, o, Milli Şuranın namizədinin qeydə alınmasına qədər Müsavat Ali Məclisinin prezidentliyə namizəd haqqında 4 yanvar qərarının qüvvədə qaldığını qeyd edib. Həmin qərara əsasən, İ. Qəmbər Müsavat Partiyasının prezidentliyə namizədidir.

KXCP sədri Mirmahmud Mirəlioğlu da R. İbrahimbəyovun namizədliyini dəstəkləyib.

Sonda MŞ sədri R. İbrahimbəyovun namizədliyi səsə qoyularaq qəbul edilib, o, MŞ-nin prezident seçkilərində vahid namizədi seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR