Bahar Muradova AXCP sədri Əli Kərimlinin ATƏT PA-nın sessiyasının keçirildiyi zala buraxılmamasına aydınlıq gətirib - VİDEO

Bahar Muradova AXCP sədri Əli Kərimlinin ATƏT PA-nın sessiyasının keçirildiyi zala buraxılmamasına aydınlıq gətirib - <span style="color: red;">VİDEO
# 02 iyul 2014 09:48 (UTC +04:00)

APA-nın məlumatına görə, B. Muradova deyib ki, təşkilatçı tərəf Azərbaycan olsa da, bu qurumun öz qaydaları və proseduru var. O bildirib ki, Azərbaycan sadəcə, ATƏT-in tədbirində iclas zalına şəxslərin buraxılması, onların qeydə alınması və iştirakının təsdiq edilməsi ilə bağlı prosedur qaydalarına əməl edib: “Onun bura daxil olmamasının səbəbi Azərbaycan hökuməti deyil, ATƏT Parlament Assambleyası və onun daxili qaydalarıdır. Həmin şəxs vaxtında qeydə alınmış olsaydı, bu gün bu sessiyada iştirak edə bilərdi. Gördüyünüz kimi, burada çoxlu sayda mətbuat təmsilçiləri, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri və müxalif mövqeyi ilə seçilən şəxslər iştirak edir. Onlar sadəcə, vaxtında prosedur qaydalarına əməl edib, qeydiyyatdan keçiblər və indi də zaldadırlar”.

Qeyd edək ki, AXCP sədri Əli Kərimli ATƏT PA-nın sessiyasının keçirildiyi zala daxil olmaq istəyib və buna icazə verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR