İran prezidenti Roma Papasına təbrik məktubu ünvanlayıb

İran prezidenti Roma Papasına təbrik məktubu ünvanlayıb
# 25 dekabr 2013 16:42 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran prezidenti Həsən Ruhani Yeni İl münasibətilə Roma Papası I Fransiskə təbrik məktubu ünvanlayıb.

APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, məktubda bildirilir: “Dünya katoliklərinin lideri mövqeyində olan Roma Papasına dünya səviyyəsində sülhün genişləməsi və yoxsulluğun azalması ilə yanaşı, qarşıdurmalar, ayrı-seçkilik və radikalizmdən təmizlənilmiş bir dünyadan dincliyə, ədalətə və mötədilliyə doğru addım ata bilməsi üçün müvəffəqiyyətlər diləyirəm”.

H. Ruhani həmçinin məktubunda dinlərarası dialoqa da toxunub: “Dinlərin qarşılıqlı olaraq bir-birinə hörmət göstərmələrinin zəmini meydana gəlməsi üçün Həzrəti İsanın doğum gününü bir fürsət hesab edirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR