Ermənilər Azərbaycan Ordusunun mövqelərini cəbhənin müxtəlif istiqamətlərində atəşə tutublar

Ermənilər Azərbaycan Ordusunun mövqelərini cəbhənin müxtəlif istiqamətlərində atəşə tutublar
# 15 noyabr 2013 06:53 (UTC +04:00)

Bakı – APA. Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonunun Cil kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutub.

Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Əbdülrəhmanlı, Ağdam rayonunun Şıxlar, Mərzili, Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR