Ukraynada prezidentin müxalifət liderləri ilə görüşü hələlik razılaşdırılmayıb

Ukraynada prezidentin müxalifət liderləri ilə görüşü hələlik razılaşdırılmayıb
# 27 yanvar 2014 10:41 (UTC +04:00)

Bakı – APA. Ukraynada prezidentin müxalifət liderləri ilə görüşünə dair razılıq hələlik əldə olunmayıb.

APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bunu Ukrayna prezidentinin mətbuat xidmətinin rəhbəri Andrey Lısenko deyib.

Onun sözlərinə görə, müvafiq razılıq əldə olunsa, danışıqlar prezidentin 27 yanvar qrafikinə daxil ediləcək.

Öz növbəsində qarşı tərəfin nümayəndələri bildiriblər ki, müxalifət liderləri bu gün baş tuta biləcək danışıqlara hazırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR