Mirzoyan Təbrizdə Baş Konsulluğun açılmasından danışıb

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan

© APA | Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan

# 04 iyun 2024 12:20 (UTC +04:00)

“Ermənistan ilin sonunadək 4 ölkədə diplomatik nümayəndəlik açmaq niyyətindədir”.

APA-nın “Armenia Today” saytına istinadən xəbərinə görə, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan dövlət büdcəsinin icrası ilə bağlı müzakirələrdə deyib.

O, artıq İranın Təbriz şəhərində Baş Konsulluğun açılmasına qərar verildiyini bildirib.

“Təbrizlə yanaşı, Kipr və Serbiyada da diplomatik nümayəndəliklərin açılması nəzərdə tutulur. Hazırda bu istiqamətdə işlər aparılır. Eyni zamanda, Macarıstanla qarşılıqlı şəkildə səfirliklərin fəaliyyətə başlaması da planlaşdırılır”, – Mirzoyan qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR