Azərbaycanda zorlama ilə bağlı cəzalar sərtləşdirilir - EKSKLÜZİV - VİDEO

Azərbaycanda zorlama ilə bağlı cəzalar sərtləşdirilir - <span style="color: red;">EKSKLÜZİV  - <span style="color: red;">VİDEO
# 16 may 2014 13:37 (UTC +04:00)

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı Cinayət Məcəlləsinin 149.3-cü maddəsinə dəyişikliklər təklif edilir.

Dəyişikliklərə görə, zorlama (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma) ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin insan immunçatışmazlığı virusuna yoluxmasına və ya digər ağır nəticələrə səbəb olduqda, o cümlədən aşkar surətdə 14 yaşına çatmayan şəxs barəsində törədildikdə minimum cəza həddi 10 il olacaq.

Hazırda bu rəqəm 8 ildir.

Layihə Milli Məclisin növbəti iclasında müzakirəyə çıxarılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR