“Qalatasaray” Çempionlar Liqasının 1/8 final mərhələsinə vəsiqə qazanıb

“Qalatasaray” Çempionlar Liqasının 1/8 final mərhələsinə vəsiqə qazanıb
# 11 dekabr 2013 15:34 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, qarşılaşma dayandırıldığı 31-ci dəqiqədən etibarən davam etdirilib.


Güclü qar yağıntısı altında və bərbad vəziyyətə düşmüş stadionda keçirilən görüşdə “Qalatasaray” maksimum hədəfinin öhdəsindən gəlməyi bacarıb. “Mançester Yunayted”ə gedəcəyi deyilən hollandiyalı Uesli Sneyderin yeganə qolu Türkiyə çempionunun 1/8 finala vəsiqə qazanmasına səbəb olub. “Yuventus” isə qrup 3-cüsü kimi çıxışını yeni ildən Avroliqada davam etdirməli olacaq.

Qeyd edək ki, “Qalatasaray” ÇL-in 1/8 final mərhələsinə adını yazdıran 11-ci komanda olub.


Çempionlar Liqasının qrup mərhələsi
VI tur

11 dekabr

"Qalatasaray" (Türkiyə) - "Yuventus" (İtaliya) - 1:0
QOL: Uesli Snayder, 86

1

Real M

6

5

1

0

20-5

16

2

Qalatasaray

6

2

1

3

8-14

7

3

Yuventus

6

1

3

2

9-9

6

4

Kopenhagen

6

1

1

4

4-13

4

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR