«AGBank»ın mənfəəti ötən il azalıb

«AGBank»ın mənfəəti ötən il azalıb
# 29 yanvar 2014 13:16 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «AGBank» ASC-nin 2013-cü ildə əldə etdiyi gəlirlərin həcmi 59,348 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin müvafiq göstəricisindən 24,4% çoxdur. Bankdan «APA-Economics»ə verilən məlumata görə, eyni zamanda bankın xərcləri 25,3% artaraq 53,034 mln. manata çatıb.

Bankın hesabatına əsasən, il ərzində «AGBank» 2,515 mln. manat həcmində mənfəət əldə edib ki, bu da illik müqayisədə 17% azdır.

Qeyd edək ki, hesabat dövründə bankın faiz gəlirləri 43,011 mln. manat, qeyri-faiz gəlirləri 16,337 mln. manat, faiz xərcləri 21,797 mln. manat, qeyri-faiz xərcləri isə 31,238 mln. manata bərabər olub. Nəticədə, ötən il bankın faiz mənfəəti 39,5% artaraq 21,214 mln. manat, qeyri-faiz zərəri 50,5% artaraq 14,901 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR