Rusiyada istehsal olunan “Jasmin” serialında 20-dək azərbaycanlı aktyor çəkiləcək

Rusiyada istehsal olunan “Jasmin” serialında 20-dək azərbaycanlı aktyor çəkiləcək
# 28 avqust 2013 11:01 (UTC +04:00)

Bakı. Cavid Zeynalov-APA. Xalq artisti Amaliya Pənahova “ORT” kanalının sifarişi ilə “Jasmin” adlı serialın çəkilişlərinə dəvət alıb. APA-nın məlumatına görə, 200 seriyalıq serial tarixi-macəra janrında lentə alınır. Bunun üçün İstanbulun Sultan Əhməd meydanının tarixi dekorasiyaları qurulub, çəkiliş meydançası hazırlanıb.

Filmin süjeti üç nəfər rus qızının Türkiyədəki macəralarından bəhs edir. Onlar daha yaxşı həyat və xoşbəxtlik axtarışı ilə Türkiyəyə gəlirlər. Baş rolları canlandıran aktrisalardan biri Nataliya Dvoreçkoy bildirib ki, serialın ssenarisi hələlik onlara tam bəlli deyil.

Azərbaycanlı sənətçilərdən Amaliya Pənahovadan başqa Bakı Bələdiyyə Teatrının aktyorları İlqar Musayevin, Səmayə Sadıqovanın, Zaur Həmidov və başqalarının rola aldığı serialın aktyor seçimi üçün min nəfər azərbaycanlı aktyor sınaqdan keçirilib və onlardan 20 nəfər aktyorun serialda iştirakı təsdiq olunub.

Amaliya Pənahova serialda baş rollardan biri olan Aynur adlı türk qadını, İlqar Musayev isə Mehmet adlı türk oğlan rolunda çıxış edəcək.

İlqar Musayevin APA-ya verdiyi məlumata görə, hazırda çəkilişlər Moskvada davam edir və ona həvalə olunan rolu canlandırır.

Serialın rejissoru Vyaçeslav Kaminski, quruluşçu rəssamı Sergey İvanovdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR