AMEA-nın “Nizami Gəncəvi adına Qızıl medal”nın əsasnaməsi və təsviri müzakirə olunub - FOTO

 AMEA-nın “Nizami Gəncəvi adına Qızıl medal”nın əsasnaməsi və təsviri müzakirə olunub - <span style="color: red;">FOTO
# 06 noyabr 2013 13:51 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin bu gün keçirilən iclasında AMEA-nın “Nizami Gəncəvi adına Qızıl medal”nın əsasnaməsi və təsviri müzakirə olunub. AMEA-nın akademik katibi, professor Rasim Əliquliyev mövzu ilə bağlı çıxış edərək nəzərə çatdırıb ki, əsasnamənin layihəsinə görə, medal AMEA-nın ən yüksək mükafatıdır: “Bu mükafatın hər il bir Azərbaycan aliminə və bir əcnəbi tədqiqatçıya mühüm əhəmiyyətli fundamental və tətbiqi elmi nəticə, əsər, kəşf və ixtiralarına, habelə elmin inkişafında xüsusi xidmətlərinə görə verilməsi nəzərdə tutulur. Alimlərin “Nizami Gəncəvi adına Qızıl medal”a namizədliyini irəli sürmək hüququ AMEA-nın Rəyasət Heyəti və elmi bölmələrinə şamil edilir. Layihələrdə o da qeyd olunur ki, namizədlər barədə təkliflər Rəyasət Heyəti tərəfindən qəbul edilməlidir. Əsasnamənin layihəsi təsdiq edilib, medalın təsvir layihəsi bəyənilib”.

Təsvir layihəsinin razılaşdırılması üçün İqtisadi İnkişaf Nazirliyinə müraciət olunacaq. Daha sonra “Nizami Gəncəvi adına Qızıl medal”ın təsis edilməsi və əsasnaməsinin təsdiq olunması üçün ölkə prezidentinə müraciət olunacaq.

Daha sonra Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun nəzdində Təcrübi-Sənaye Zavodunun bilavasitə AMEA Rəyasət Heyətinin tabeliyinə verilməsi ilə bağlı təkliflə akademik Tofiq Nağıyev çıxış edib. Müzakirəyə təqdim olunan təklif qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR