Rusiyanın Volqoqrad şəhərində sərnişin avtobusunun partlaması nəticəsində 4 nəfər ölüb

Rusiyanın Volqoqrad şəhərində sərnişin avtobusunun partlaması nəticəsində 4 nəfər ölüb
# 21 oktyabr 2013 12:54 (UTC +04:00)

Bakı - APA. Rusiyanın Volqoqrad şəhərində “LiAZ” markalı 29 saylı sərnişin avtobusunda partlayış baş verib. APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, partlayış nəticəsində 4 nəfər ölüb, 7 nəfər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Partlayışın avtobusdakı qaz balonundan qaynaqlandığı güman edilir. Partlayışdan sonra yanğın olmayıb. Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR