Sabah Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi başlayır - FOTO

Sabah Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi başlayır - <span style="color: red;">FOTO
# 21 may 2014 13:43 (UTC +04:00)

APA-Economics”in xəbərinə görə, sərgidə dünyanın 36 ölkəsindən 242 şirkət iştirak edəcək. Bu siyahıda MDB (15%) və Avropa (57%) ölkələrindən gələn şirkətlər üstünlük təşkil edəcək.

İştirakçıların sayına görə Türkiyə öndədir. Bu il sərgidə ilk dəfə iştirak edən şirkətlər Azərbaycan, Niderland Krallığı, Belçika, Türkiyə, İtaliya, İspaniya, İran və digər ölkələr üzrə ümumi iştirakçıların 45%-ni təşkil edir.

Sərgidə İtaliya, İran, Hollandiya, Macarıstan, Latviya və Estoniya milli ekspozisiyalarla çıxış edəcək. Sərgidə iştirak edənlərin 26%-ni yerli şirkətlər təşkil edir.

“WorldFood Azerbaijan” sərgisi ilə paralel olaraq 8-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi (“AgriHort Azerbaijan 2014”) keçiriləcək. Bu sərgi hər il aqrar kompleksin aparıcı nümayəndələrini, eləcə də kənd təsərrüfatı məhsullarının istehsalçı və təchizatçılarını bir araya gətirir. “AgriHort Azerbaijan 2014” sərgi sahəsində ötən illə müqayisədə 2,5 dəfə artım müşahidə olunur.

Sərgidə kənd təsərrüfatı və quşçuluq fabrikləri üçün avadanlıqlar, habelə istixanalar, suvarma sistemləri, heyvan və balıqlar üçün yem, toxumlar, gübrələr və s. nümayiş etdiriləcək. Sərgi üçün Bakı Ekspo Mərkəzinin həm daxilində, həm də açıq meydançada yerlər təşkil olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR