Heydər Əliyev prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb - FOTO

Heydər Əliyev prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb - <span style="color: red;">FOTO
# 24 mart 2014 07:20 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bakıda sürət tabloları üçün nəzərdə tutulan portalın quraşdırılması işləri ilə əlaqədar olaraq bu gün Heydər Əliyev prospektində (“Koroğlu” metrosu istiqamətində) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə “APA-Economics”ə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Məlumata görə, quraşdırılma işlərinin təxminən saat 15:00-da yekunlaşdırılması planlaşdırılır. Sürücülərə alternativ olaraq Heydər Əliyev prospekti - kənar yoldan və Babək prospektindən istifadə etmələri tövsiyə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR