Məhkumun istintaq təcridxanasına mobil telefon keçirməsinin qarşısı alınıb

Məhkumun istintaq təcridxanasına mobil telefon keçirməsinin qarşısı alınıb
# 22 noyabr 2013 12:15 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Penitensiar xidmətin və 2 saylı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan edilmiş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı İstintaq təcridxanasında cəza çəkən 1975-ci il təvəllüdlü, Cinayət Məcəlləsinin 315.2; 221.2; 66.3-cü maddələri ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Teymur Cəfər oğlu Sultanovun etapla müəssisəyə daxil olan zaman üzərinə və əşyalarına baxış keçirilib. Bu zaman plastik kapron qabda olan toyuq ətindən hazırlanmış yeməyin içərisində, toyuq ətinin dərisinə bükülərək gizlədilmiş bir ədəd qara rəngli “Nokia-1800” markalı mobil telefon aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR