Ağstafada VAZ markalı minik avtomobili yanıb

Ağstafada VAZ markalı minik avtomobili yanıb
# 10 may 2014 20:57 (UTC +04:00)

Bakı-APA. Ağstafada bu gün axşam saatlarında yanğın hadisəsi baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Düzqışlaq kəndində vətəndaşa məxsus VAZ markalı minik avtomobilində baş verib. Nəticədə avtomobilin salon və mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR