“Zenit”in futbolçusu “Neftçi”yə keçib

“Zenit”in futbolçusu “Neftçi”yə keçib
# 31 yanvar 2014 15:45 (UTC +04:00)

Bakı – APA. “Neftçi” heyətinə daha bir futbolçu cəlb edib. Apasport.az saytının xəbərinə görə, “ağ-qaralar” 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının və Rusiyanın “Zenit” klubunun üzvü Elvin Bədəlovla anlaşıb.

Klublar arasında aparılan danışıqlar müsbət nəticələnib. Mərkəz müdafiəçisi mövqeyində çıxış edən futbolçunun transferi ilə bağlı “Neftçi” və “Zenit” klubları arasında rəsmi müqavilə imzalanıb.

Xatırladaq ki, bakılılar daha öncə Rusiyanın “Lokomotiv” klubunun yetirməsi olan Samir Məsimovla 5 illik müqavilə bağlamışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR