Hesablama Palatası sədrinin müavinlərinin və auditorların ezamiyyə xərclərinə əlavələr azaldılıb

Hesablama Palatası sədrinin müavinlərinin və auditorların ezamiyyə xərclərinə əlavələr azaldılıb
# 05 noyabr 2013 10:26 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Nazirlər Kabineti “Ezamiyyə xərclərinin normaları haqqında” 2008-ci il 25 yanvar tarixli 14 nömrəli qərarında dəyişikliklər edib.

APA-nın verdiyi məlumata görə, dəyişikliyə əsasən Hesablama Palatasının sədrinin müavinləri və Hesablama Palatasının auditorlarının ezamiyyətləri ilə əlaqədar ezamiyyə xərclərinin 1 günlük normasına əlavələr 50%-dən 30%-ə endirilib.

İndiyədək diplomatik fəaliyyəti dövründə fövqəladə və səlahiyyətli səfir dərəcəsi olanlara nəqliyyat xərcləri təyyarə üçün “biznes klass”, dəmiryol qatarları üçün “biznes klass” və ya “2 yerli kupeli yumşaq vaqon” tarifləri ilə ödənilir, bütün digər hallarda nəqliyyat xərcləri təyyarə üçün “ekonom klass”, dəmiryol qatarları üçün “4 yerli kupeli vaqon” tarifləri ilə ödənilib. Dəyişikliyə əsasən, bundan sonra diplomatik fəaliyyəti dövründə fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi və ya vəzifəsi olanlara da eyni nəqliyyat xərcləri ödəniləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR