Lənkəranda avtomobil ailənin 10 yaşlı yeganə övladını vuraraq öldürüb - VİDEO

Lənkəranda avtomobil ailənin 10 yaşlı yeganə övladını vuraraq öldürüb - <span style="color: red;">VİDEO
# 17 mart 2014 11:02 (UTC +04:00)

APA-nın cənub bürosunun məlumatına görə, hadisə Lənkəran şəhərinin Şəhidlər xiyabanı küçəsində, bu gün saat 12.30 radələrində qeydə alınıb.

Rayonun Vilvan kənd sakini 1989-cu il təvəllüdlü Ramin Xaqani oğlu Mirzəyev idarə etdiyi “VAZ 21015” markalı, 42-BP-978 dövlət nömrə nişanlı minik avtomobili ilə yolu keçmək istəyən piyada - Lənkəran şəhər sakini - 2004-cü il təvəllüdlü Mirtahir Fazil oğlu Hüseynzadəni vurub. Vurulandan sonra sürücü uşağı xəstəxanaya çatdırmaq istəsə də, o, yolda dünyasını dəyişib.

Sürücü saxlanılıb. Faktla bağlı Lənkəran Rayon Polis Şöbəsində araşdırma aparılır.

Məlumata görə, Mirtahir Hüseynzadə ailənin yeganə övladı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR