Qaxda tullantıların emalı zavodu inşa olunacaq - VİDEO

Qaxda tullantıların emalı zavodu inşa olunacaq - <span style="color: red;">VİDEO
# 18 oktyabr 2013 17:01 (UTC +04:00)

Qax. Vüqar Heydərov - APA. Yaponiya hökuməti Qax rayonunda tullantıların emalı zavodu tikəcək. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, Qax rayon İcra Hakimiyyətində Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı çərçivəsində “Qax rayonunda tullantıların idarə olunması” layihəsi üzrə qrant müqaviləsinin imzalanma mərasimi keçirilib. Mərasimdə Yaponiyanın Azərbaycandakı səfirinin səlahiyyətlərini icra edən xanım Hideko Ono və Qax rayon rəhbərliyi iştirak edib.

Qax rayonunda tullantıların və təkrar istifadənin praktik olaraq davamlı şəkildə idarə olunmasının həllini təmin etmək məqsədilə rayondan kənarda yanma kameraları inşa ediləcək. Layihədən faydalanacaq sakinlərin sayı 19 min nəfərə yaxındır. Bu layihə üçün Yaponiya hökuməti 116 min ABŞ dolları həcmində qrant ayırıb.

Görüşdə qeyd olunub ki, son illər Yaponiya hökuməti “ Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində Qax rayonunda ümumi dəyəri 458 min ABŞ dolları olan 5 layihə həyata keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR