Qənirə Paşayeva MM-də valideyn himayəsindən məhrum olan uşaqların mənzil və ya yaşayış yeri ilə təmin edilməsi barədə məsələ qaldırıb

Qənirə Paşayeva MM-də valideyn himayəsindən məhrum olan uşaqların mənzil və ya yaşayış yeri ilə təmin edilməsi barədə məsələ qaldırıb
# 30 may 2014 11:07 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Millət vəkili Qənirə Paşayeva parlamentdə valideyn himayəsindən məhrum olan və 18 yaşını tamamlayan uşaqların mənzil və ya yaşayış yeri ilə təmin edilməsi barədə məsələ qaldırıb.

APA-nın xəbərinə görə, 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqlara təbriklərini çatdıran millət vəkili Qənirə Paşayeva prezident İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi altında uşaqların müdafiəsi, ortaya çıxan problemlərin həlli istiqamətində böyük işlər görüldüyünü vurğulayıb.

Q. Paşayeva hər iki valideyninin himayəsindən məhrum olan və uşaq evlərində böyüyən, 18 yaşı tamam olan uşaqların yaşayış yeri ilə təmin olunması məsələsinin öz həllini gözləyən çox ciddi bir problem olduğunu deyib. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu cür gənclərə böyük dəstək göstərdiyini xüsusi vurğulayan millət vəkili qanunvericilik istiqamətində də müəyyən məsələlərin öz həllin tapmasının vacib olduğunu deyib. Uşaq evlərində təxminən 500-dən artıq bu cür uşaqların olduğunu deyən millət vəkili Qənirə Paşayeva onların 18 yaşının tamam olmasından sonra qaydalara əsasən internat məktəbini, uşaq evlərini tərk etmək məcburiyyətində olmaları, gedəcəkləri yerlərinin olmadığını və onların yaşayış yerləri, mənzillə təmin edilmələrinin vacibliyini qeyd edib: “18 yaşlı uşaqların hələ də uşaq evlərində yaşamağa davam etməsi problemdir. Biz o uşaqların gələcəyi ilə bağlı daha çox düşünməli və onların yaşayış yeri ilə təmin olunması məsələsi öz həllini tapması üçün qanunvericilik istiqamətində addımlar atmalıyıq. Bunu üçün ölkəmizin lazımi imkanları da var. Bu məqsədlə "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununa müəyyən əlavə və dəyişikliklərin edilməsi və ya “Mənzil məcəlləsinə” müəyyən dəyişiklərlə bu problem qanunvericilik çərçivəsində köklü həllini tapmalıdır. Qanunvericilik edilən dəyişikliklə 18 yaşına çatmış və hər iki valideyn himayəsindən mərhum uşaqların yaşayış yeri və ya mənzillə təmin olunması konkret öz əksini və həllini tapması lazımdır. Eyni zamanda hətta internat evlərində yaşamasalar belə, hər iki valideyn himayəsindən məhrum olunmuş 2 gənc ailə həyatı qurduqda onların dövlət tərəfindən mənzillə təmin olunması məsələsi öz həllini taparsa bu çox müsbət addım olardı. Çünki belə gənclər ailə dəstəyindən məhrumdurlar və onlar üçün mənzil problemini həll etmək daha da ağırdır”.

Millət vəkili Qənirə Paşayeva bu məsələnin öz həllini tezliklə öz həllini tapacağına inandığını deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR