Rauf Mirqədirovun apellyasiya şikayəti təmin edilməyib

Rauf Mirqədirovun apellyasiya şikayəti təmin edilməyib
# 16 may 2014 13:38 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan jurnalist Rauf Mirqədirovun apellyasiya şikayətinə baxılıb.

APA-nın məlumatına görə, məhkəmə apellyasiya şikayətini təmin etməyib.

Qeyd edək ki, R. Mirqədirovun vəkilləri onun tutulmasının qanunsuz hesab edilməsi barədə iddia ilə Nəsimi rayon Məhkəməsinə müraciət ediblər. Lakin məhkəmə iddianı təmin etməyib.

Qeyd edək ki, R. Mirqədirov aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. Məhkəmə onun barəsində həbs-qətimkan tədbiri seçib. R.Mirqədirov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR