Bakıda Azərbaycan-Qazaxıstan biznes forumu keçiriləcək

Bakıda Azərbaycan-Qazaxıstan biznes forumu keçiriləcək
# 26 fevral 2014 14:03 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Fevralın 28-dən martın 1-dək Qazaxıstanın Mangistau vilayətinin akimi Alik Aydarbayevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gələcək.

Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, səfər çərçivəsində Qazaxıstan nümayəndə heyəti bir sıra rəsmi görüşləri keçirəcək, İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə Azərbaycan-Qazaxıstan biznes forumu təşkil olunacaq.

Qazaxıstan nümayəndə heyəti səfər zamanı bir sıra müəssisələrdə də olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR