Azərbaycanda şirkət direktorunun müavini ilə bağlı mənimsəmə faktı üzrə cinayət işi açılıb

Azərbaycanda şirkət direktorunun müavini ilə bağlı mənimsəmə faktı üzrə cinayət işi açılıb
# 28 yanvar 2014 14:17 (UTC +04:00)

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Azinterpartlayış-X” Məhdud Məsuliyyətli Cəmiyyətində əmək haqqının mənimsənilməsi barədə vətəndaş Səməd Kərimovun müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılıb.

Araşdırma zamanı 2011-2013-cü illərdə cəmiyyətdə işləyən Səməd Kərimova hesablanmış 7.500 manat məbləğində əmək haqqının həmin müəssisənin maliyyə məsələləri üzrə direktor müavini Əligül Səlimov tərəfindən plastik kart vasitəsi ilə bankomatdan çıxarılaraq mənimsənilməsində əsaslı şübhələr olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ) maddələri ilə cinayət işi başlanılıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR