İran XİN-in ilk qadın sözçüsünün kimliyi açıqlanıb - FOTO

İran XİN-in ilk qadın sözçüsünün kimliyi açıqlanıb - <span style="color: red;">FOTO
# 29 avqust 2013 06:54 (UTC +04:00)

APA-nın İSNA-ya istinadən məlumatına görə, hazırda İran XİN-in sözçüsü vəzifəsini icra edən Seyid Abbas Əraqçı bildirib ki, bu posta qadın diplomat Mərziyə Əfxəm təyin edilib.

A. Əraqçının sözlərinə görə, İran XİN sözçüsü və səfirlərin seçilməsi və ya təyinatı zamanı əsas meyar kimi həmin şəxslərin təcrübəsi və səlahiyyəti götürülür: “İndiki şəraitdə təcrübə və səlahiyyət baxımından qadınlara üstünlük verilməsi mümkündür və bu işin xarici siyasət arenasında müsbət təsiri ola bilər. Ancaq İran XİN-in sözcüsü vəzifəsi üçün ixtisaslaşma əsas meyardır. Belə ki, bu posta təyin olunan şəxs şəxsi qabiliyyətlərə, iş təcrübəsinə malik olmalı, media diplomatiyası sahəsində ekspert və s. keyfiyyətləri daşımalıdır”.

A. Əraqçı bu təyinatla bağlı tənqidi fikirlər səsləndirilməsinə də toxunub: “Məsələyə tənqidi yanaşanlar bu cür postlar üçün ixtisaslaşmanın əsas meyar kimi götürüldüyünü dərk edəcəklər. Mərziyə Əfxəm media diplomatiyası sahəsində təcrübəlidir. O, bir müddət İran XİN-də mətbuat və informasiya şöbəsinin müdiri işləyib, hazırda isə ictimai diplomatiya şöbəsinin rəhbəridir. Xanım Əfxəmin mətbuat işi sahəsindəki böyük təcrübəsi və diplomatik bacarığı olması sözçü seçilməsi üçün ən yaxşı əsasdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR