Suriya ilə bağlı Montrö və Cenevrədə keçiriləcək beynəlxalq konfransa dəvət alan ölkələrin adı açıqlanıb

Suriya ilə bağlı Montrö və Cenevrədə keçiriləcək beynəlxalq konfransa dəvət alan ölkələrin adı açıqlanıb
# 08 yanvar 2014 07:32 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu Nyu-Yorkda keçirilən mətbuat konfransında BMT-nin mətbuat katibinin müavini Fərhan Hak bildirib.

Onun sözlərinə görə, dəvətlilərin siyahısı Rusiya, ABş və BMT nümayəndələrinin görüşündə açıqlanıb. Dəvət olunan təşkilatlar Ərəb Dövlətləri Liqası, Avropa Birliyi və İslam Əməkdaşlıq Təşkilatıdır.

Beynəlxalq konfransda BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən başqa, Əlcəzair, Braziliya, Almaniya, Danimarka, Misir, Hindistan, İndoneziya, İordaniya, İraq, İspaniya, İtaliya, Kanada, Qatar, Küveyt, Livan, Mərakeş, Norveç, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı, Türkiyə, İsveç, İsveçrə, CAR və Yaponiya da iştirak edəcək.

İranın konfransda iştirakı məsələsi yaxın vaxtlarda müəyyənləşəcək. Yanvarın 22-də Montrödə işə başlayacaq beynəlxalq konfrans yanvarın 24-də Cenevrədə Suriya hökuməti və müxalif qruplar arasında keçiriləcək danışıqlarla davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR