Astarada bıçaqlanma hadisəsi olub - VİDEO

Astarada bıçaqlanma hadisəsi olub - <span style="color: red;">VİDEO
# 25 noyabr 2013 13:57 (UTC +04:00)

Astara. Ağəddin Babayev – APA. Azərbaycanın Astara rayonunda bıçaqlanma hadisəsi baş verib. Astara Rayon Polis Şöbəsinin (RPŞ) müstəntiqi Gündüz Abdulovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, hadisə rayonun Suparibağ kəndində qeydə alınıb. Rayonun Qapıçıməhhlə kənd sakini, 28 yaşlı Elvin Xudaverdi oğlu Məmmədov sərxoş vəziyyətdə heç bir səbəb olmadan rayonun Suparibağ kənd sakini, 42 yaşlı Məhərrəm Xəlil oğlu Həsənova üzərində gəzdirdiyi bıçaqla 1 zərbə vuraraq ona ağır bədən xəsarət yetirib.

Yaralı yaxınları tərəfindən dərhal Astara Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Orada ona müvafiq tibbi yardım göstərildikdən sonra hazırda vəziyyəti kafidir.

Hadisəni törətmiş Elvin Məmmədov şübhəli şəxs qismində yaxalanaraq istintaq orqanlarına təhvil verilib.

Faktla bağlı Astara RPŞ-də Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR