Əli Həsənov: “Gənclər siyasətinə dair dövlət proqramının icrasına 100 milyon manatdan artıq vəsaitin ayrılması nəzərdə tutulub” - APA TV

Əli Həsənov: “Gənclər siyasətinə dair dövlət proqramının icrasına 100 milyon manatdan artıq vəsaitin ayrılması nəzərdə tutulub” - <span style="color: red;">APA TV
# 13 may 2013 10:53 (UTC +04:00)

Bakı. Ramil Məmmədli-APA. “İlham Əliyevin yenidən prezidentliyə namizədliyinin dəstəklənməsi və onun üçüncü dəfə prezident seçilməsində gənclərin qoyduğu iradə ortadadır. Biz bu iradəni dəyərləndiririk”. APA-nın məlumatına görə, bu fikirləri Gənclər və İdman Nazirliyi yanında fəaliyyət göstərən Gənclərlə İş üzrə İctimai Şuranın iclasında Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

PA rəsmisi bildirib ki, gənclər siyasəti ilə bağlı dövlət proqramının icrasına 100 milyon manatdan artıq vəsaitin ayrılması nəzərdə tutulub: “Faktiki olaraq təhsil, sosial və digər sahələrə dair layihələrimiz gənclərlə bağlıdır. Prezident İlham Əliyev gənclərə ipoteka kreditinin verilməsi məsələsini Nazirlər Kabinetinin iclasında ciddi tapşırıq kimi qarşıya qoydu. Azərbaycanın neftdən gələn gəlirlərindən gənclər daha asan şəkildə, daha praktik formada istifadə etmək imkanına malik olmalıdır. İpotekanın həcmi artırılmalı, istifadəsi asanlaşdırılmalıdır. Hər bir gənc ipotekadan istifadə edib öz təhsilini, yaşayışını, ailə planlaşdırılmasını, mənzil problemlərini həll etməlidir. Faktiki olaraq ortada dövlətin iradəsi var, bu iradənin reallaşdırılması üçün dövlət proqramı var. Ona görə də biz bu gün bütün opponentlərimizin və vətəndaşların qarşısına açıq alınla çıxa bilərik və onların qarşısında seçimimizin şüurlu olduğunu söyləyə bilərik”.

Əli Həsənov xarici təşkilatların Azərbaycana qarşı böhtan siyasətində gənclərdən bir mexanizm kimi istifadə etdiyini təəssüflə vurğulayıb: “Bəzən xarici təşkilatlar Azərbaycan dövlətinə böhtan atırlar, təəssüflər olsun ki, onlar böhtan kampaniyasında gənclərimizdən bir mexanizm kimi istifadə olunur. Gənclərimizin bəzilərini yolundan azdırırlar, dövlətçilik istiqamətində fəaliyyətdən çəkindirirlər, ayrı-ayrı çirkli mərkəzlərdən maliyyələşən qrantlar ilə onları qeyri-sağlam, antimilli yola sövq edirlər və onların informasiyası əsasında dövlətimizi, millətimizi xaricdə biabır edirlər, yürütdüyümüz siyasətin mahiyyətini təhrif edirlər. Və sözün əsl mənasında dövlət quruculuğu və idarəçiliyi ilə gənclər arasında uçurum yaratmaq istəyirlər. Əgər süurlu gənclər onlara reaksiya və dirəniş verməsə, əlbəttə ki, onlar bu hədəflər sırasına normal gəncləri də alacaqlar. Azərbaycan 20 ildir formalaşmış və özünü tam təmin etmiş dövlətdir. Lakin hər bir dövlətin gücü onun vətəndaşlarının iradəsi ilə ölçülür. Əminəm ki, prezident İlham Əliyev 3-cü dəfə prezident seçiləcəyi təqdirdə gənclərin problemlərinin həllində, dövlət idarəçiliyində, ailə planlaşmasında, gənclərin mənzillə təminatında nəzərdə tutulandan da artıq işlər görüləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR