Masallının Güllütəpə kəndində tibb məntəqəsinin tikintisi layihəsi üzrə qrant müqaviləsi imzalanıb - FOTOSESSİYA

Masallının Güllütəpə kəndində tibb məntəqəsinin tikintisi layihəsi üzrə qrant müqaviləsi imzalanıb - <span style="color: red;">FOTOSESSİYA
# 13 sentyabr 2013 19:06 (UTC +04:00)

Masallı. Ağəddin Babayev – APA. Sentyabrın 13-də Masallı Rayon İcra Hakimiyyətinin (RİH) binasında Azərbaycanın “İnkişaf 2006” təşkilatı ilə Yaponiya səfirliyi arasında “Masallı rayonunun Güllütəpə kəndində tibb məntəqəsinin tikintisi” layihəsi üzrə qrant müqaviləsi imzalanıb. APA-nın cənub bürosunun məlumatına görə, əsas məqsəd Güllütəpə və qonşu beş kəndin sakinlərinin tibbi xidmətdən istifadəsi üçün lazımi şərait yaratmaqdan ibarətdır. Layihədən faydalanacaq əhalinin təxmini sayı 6 800 nəfərdən çoxdur. Bu layihə üçün Yaponiya hökumətinin ayırdığı qrant yardımının ümumi məbləği 110,957 ABŞ dolları təşkil edir.

Qrant sazişini Yaponiya tərəfindən bu ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Şusuke Vatanabe, Azərbaycan tərəfindən isə “İnkişaf 2006” təşkilatının icraçı direktoru Fizuli Abiyev imzalayıb.

Mərasimin sonunda Masallı rayonunun icra başçısı Rafil Hüseynov çıxış edib. Ölkəmizdə yerli əhəmiyyətli sosial məsələlərin həllinə göstərilən böyük dəstəyə görə layihənin icraçılarına, səfir Şusuke Vatanabeyə və Yaponiya hökumətinə minnətdarlığını bildirərən R.Hüseynov qonaqlara milli dəyərlərini özündə əks etdirən hədiyyə və suvenirləri hədiyyə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR