Bu ilin ilk yarısında Azərbaycanda qeydə alınan zəhərlənmələrin sayı açıqlanıb

Bu ilin ilk yarısında Azərbaycanda qeydə alınan zəhərlənmələrin sayı açıqlanıb
# 17 iyul 2013 11:41 (UTC +04:00)

Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzindən APA-ya verilən xəbərə görə, 6 ay ərzində 136 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 166 nəfər işdən müvəqqəti kənarlaşdırılıb.

Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 5404, mikrobioloji göstəricilərinə görə 4914, toksikoloji göstəricilərinə görə 1440, radioloji göstəricilərinə görə isə 139 yeyinti məhsulu nümunəsi laboratoriya müayinələrinə cəlb olunub. Nümunələrin 102-də orqanoleptik və fiziki-kimyəvi, 54-də mikrobioloji göstəricilərinə görə normadan kənara çıxma müəyyən edilib.

Şadlıq evlərindən 16 609 yaxma, 257 soyuq qəlyanaltı nümunəsi götürülüb. Yaxma nümunələrinin 155-də, soyuq qəlyanaltıların 4-də mikrobioloji çirklənmə aşkar edilib.

Bu ilin yanvar-iyun ayı ərzində əhali arasında 589 qida zəhərlənməsi hadisəsi baş verib, nəticədə 680 nəfər zərər çəki. O cümlədən 14 botulizm hadisəsi baş verib, 18 nəfər zəhərlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR