Ötən il Azərbaycan Vergilər Nazirliyinin xətti ilə büdcəyə daxilolmaları 11% artıb

Ötən il Azərbaycan Vergilər Nazirliyinin xətti ilə büdcəyə daxilolmaları 11% artıb
# 14 yanvar 2014 14:49 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Ötən il ərzində Azərbaycan Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 6 663,6 mln. manat vəsait daxil olub. Vergilər Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, bu, 2012-ci ildəkindən 638,129 min. manat və ya 10,6% çoxdur.

Daxilolmaların ümumi məbləğinin 35,6%-i mənfəət vergisi, 25,9%-i əlavə dəyər vergisi, 12,9%-i fiziki şəxslərin gəlir vergisi, 7,7%-i aksizlər, 17,9%-i isə digər vergilərin payına düşüb.

Qeyri-neft sektoru üzrə büdcəyə 3 761,5 mln. manat vəsait daxil olub. Bu isə əvvəlki ildəkindən 14,4% çoxdur.

Ötən il ölkə üzrə 72 984 vergi ödəyicisi, o cümlədən elektron qaydada 30 791 (42,2%) vergi ödəyicisi qeydiyyata alınıb. Bu ilin yanvarın 1-nə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 537 828 olub ki, 2013-cü il ərzində onların sayı 11,6% artıb.

Hesabat ili il ərzində ölkə üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 90,3% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR