Bakıda azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalıb

Bakıda azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalıb
# 18 yanvar 2014 21:14 (UTC +04:00)

Bakı-APA. Paytaxtın Nizami rayonunda azyaşlı uşaq giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilin eyvanına 4-cü mərtəbədəki mənzilin eyvanından enərək içəri daxil olublar.

Mənzildə nəzarətsiz qalmış uşaq aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR