Bakıda yaşayış evində baş verən partlayış nəticəsində ata və oğul yanıq xəsarətləri alıb

Bakıda yaşayış evində baş verən partlayış nəticəsində ata və oğul yanıq xəsarətləri alıb
# 30 yanvar 2014 10:15 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda yaşayış evində baş verən partlayış nəticəsində ata və oğul yanıq xəsarətləri alıb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanvarın 29-da saat 08 radələrində Nərimanov rayonu İslam Abışov küçəsində yaşayan Şirzad Əmiraslanovun evində təbii qazın sızmasından yanğına keçən partlayış baş verib.

Nəticədə 30 kvm. sahə yararsız vəziyyətə düşmüş və dam örtüyü çöküb. Yanıq xəsarəti almış Ş. Əmiraslanova və oğlu Naibə xəstəxanada ilkin tibbi yardım göstərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR