Gəncədə mənzildə köməksiz vəziyyətdə qalmış azyaşlı uşaq xilas edilib

Gəncədə mənzildə köməksiz vəziyyətdə qalmış azyaşlı uşaq xilas edilib
# 21 noyabr 2013 17:48 (UTC +04:00)

Bakı-APA. Gəncənin Nizami rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, nazirliyin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Xilasedicilər beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə qonşu mənzilin eyvanından enərək daxil olublar. Mənzildə nəzarətsiz qalmış uşaq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 18:40-da başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR