Masallıda ferma yanıb

Masallıda ferma yanıb
# 11 sentyabr 2013 07:26 (UTC +04:00)

Masallı. Ağəddin Babayev – APA. Masallı rayonunda yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin Masallı Rayon Yanğından Mühafizə Hissəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə ötən gecə saat 01.30 radələrində rayonun Allahyarlı kəndində 1956-cı il təvəllüdlü Vidadi Xanlar oğlu Məmmədova məxsus fermada qeydə alınıb. Yanğının söndürülməsi üçün hadisə yerinə iki yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib. Yanğın lokallaşdırılıb. Hadisə zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 480 kvadratmetr olan fermanın dam örtüyü 210 kv.m sahədə və damına yığılmış 45 ton ot bağlamasından 20 tonu yanaraq kül olub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR