İran Milli İnkişaf Fondu Azərbaycan Dövlət Neft Fondunun təcrübəsini öyrənir

İran Milli İnkişaf Fondu Azərbaycan Dövlət Neft Fondunun təcrübəsini öyrənir
# 01 may 2014 09:16 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. 2014-cü il 28 aprel – 1 may tarixlərində İran Milli İnkişaf Fondunun Direktorlar Şurasının üzvü və sədr müavini Seyid Qasem Hüseyninin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olub.

Azərbaycan Respublikası Dövlət Neft Fondundan (ARDNF) “APA-Economics”ə verilən məlumata görə, səfər çərçivəsində İran nümayəndə heyəti və ARDNF rəhbərliyi arasında ikitərəfli görüşlər keçirilib.

Səfərin məqsədi ARDNF-nin fəaliyyəti ilə daha yaxından tanış olmaq, Suveren Fondların Beynəlxalq Forumu çərçivəsində Neft Fondunun təcrübəsini öyrənmək, Santyaqo Prinsiplərinə əməl edilməsi və bu sahədə hesabatlılıq prosesi ilə daha yaxından tanış olmaqdan ibarətdir.

Görüşlərdə həmçinin qonaqları maraqlandıran suallar, qarşılıqlı əməkdaşlıq perspektivləri və digər məsələlər ətrafında müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR