Bakıda Model Avtomagistral Təşəbbüsü layihəsi üzrə işçi qrupunun iclası keçirilib

Bakıda Model Avtomagistral Təşəbbüsü layihəsi üzrə işçi qrupunun iclası keçirilib
# 28 fevral 2014 07:48 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bakıda Model Avtomagistral Təşəbbüsü (MAT) layihəsi üzrə işçi qrupunun ikinci iclası keçirilib. Nəqliyyat Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, iclasda müasir yardımçı yol infrastrukturunun yaradılması istiqamətində üzv dövlətlər tərəfindən görülmüş işlər barədə məlumat verilib, üzv dövlətlər arasında MAT üzrə hökumətlərarası saziş layihəsinin müzakirəsi aparılıb (Azərbaycan, Gürcüstanın və Türkiyə hökumətləri arasında Model Avtomagistralın yaradılması haqqında saziş), MAT-a üzv dövlətlərin şərhləri dinlənilib.

Həmçinin, beynəlxalq təşkilatlar, maliyyə institutları və digər potensial tərəfdaşların Model Avtomagistral Təşəbbüsünün həyata keçirilməsində rolu müzakirə olunub. Mərkəzi Asiyada və Cənubi Qafqazda MAT layihəsinin həyata keçirilməsində növbəti addımlar müzakirə edilib.

Xatırladaq ki, işçi qrupun ilk iclası Azərbaycan, Türkiyə və Gürcüstan nəqliyyat nazirləri tərəfindən imzalanmış birgə bəyannamənin müvafiq müddəalarının icrası ilə əlaqədar 2012-ci il noyabrın 28-də İzmirdə (Türkiyə) keçirilib.

İclasda Azərbaycan, Gürcüstan, Türkiyə, Türkmənistan, Rumıniya Nəqliyyat nazirlikləri və müvafiq qurumlarının nümayəndələri iştirak ediblər. Beynəlxalq təşkilatlardan isə GUAM, TRACECA-nın baş katibi, Dünya Bankının Azərbaycan üzrə meneceri, Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (IRU) BMT-dəki baş nümayəndəsi, eləcə də IRU üzv assosiasiyalarından - ABADA və GIRCA-nın, eləcə də Rumıniya Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının baş katibi, Türkmənistanın Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının baş katibi iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR