Bakıda Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Komitəsi çərçivəsində alt komitənin üçüncü iclası keçirilib

Bakıda Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Komitəsi çərçivəsində alt komitənin üçüncü iclası keçirilib
# 05 iyun 2014 14:24 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gün Bakıda Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Komitəsi çərçivəsində Məşğulluq və sosial məsələlər, ictimai səhiyyə, təlim, təhsil və gənclər, mədəniyyət, informasiya cəmiyyəti və audiovizual siyasət, elm və texnologiya məsələləri üzrə alt komitənin üçüncü iclası keçirilib.

Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, tədbirdə Xarici İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi, Gənclər və İdman, Mədəniyyət və Turizm, Səhiyyə, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, Milli Elmlər Akademiyasının, qarşı tərəfdən isə Avropa Xarici Fəaliyyət Xidmətinin və Avropa İttifaqının Bakıdakı nümayəndəliyinin rəsmisi iştirak edib. İclası Azərbaycan tərəfdən Təhsil Nazirliyinin nümayəndəsi aparıb.

İclasda təhsil, məşğulluq və sosial məsələlər, səhiyyə, gənclər siyasəti, mədəniyyət, tədqiqat və innovasiyalar, informasiya cəmiyyəti mövzularında qarşılıqlı müzakirələr aparılıb. Azərbaycan tərəfi sözügedən sahələrdə həyata keçirilən islahatlar və əldə olunan nəticələrlə bağlı məlumat verib, Aİ nümayəndə heyəti isə bu sahələr üzrə həyata keçirilən siyasət və nəzərdə tutulmuş dəyişiklərlə bağlı təqdimatlar edib. Tərəflər arasında əməkdaşlığın dərinləşdirilməsi və növbəti islahatların həyata keçirilməsi üçün qarşılıqlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, rotasiya prinsipinə əsasən, alt komitənin növbəti iclası 2015-ci ildə Brüsseldə keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR