Rəsul Quliyev Milli Şura və ACP-dən istefa verib - YENİLƏNİB

Rəsul Quliyev Milli Şura və ACP-dən istefa verib - <span style="color: red;">YENİLƏNİB
# 17 oktyabr 2013 11:26 (UTC +04:00)

Bu barədə APA-ya R. Quliyevin Azərbaycandakı nümayəndəsi Ağasif Şakiroğlu məlumat verib.

Onun sözlərinə görə, R. Quliyevin istefasının səbəbi Azərbaycan müxalifətinin 20 ildə heç bir uğur əldə etməməsidir: “Rəsul Quliyev hesab edir ki, müxalifətin uğursuzluğunun səbəbi köhnə düşüncəli liderlərin hələ də siyasi səhnədə qalmasıdır. Rəsul Quliyev partiya liderliyindən istefa verməsi digər liderlərə nümunə kimi atılan addımdır. Yəni, səbəbindən asılı olmayaraq, uğur əldə edə bilməyən, uzun müddət partiya liderliyində qalan şəxslər də Rəsul Quliyevin bu addımından dərs götürməlidir”.

Qeyd edək ki, R. Quliyev özü də “facebook” sosial şəbəkəsindəki səhifəsində yerləşdirdiyi video-müsahibəsində də yaranmış situasiyada ACP-nin lideri kimi qalmasının düzgün olmadığını deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR