Seçkiləri 30 minə yaxın müşahidəçi izləyəcək

Seçkiləri 30 minə yaxın müşahidəçi izləyəcək
# 25 sentyabr 2013 14:01 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. “Oktyabrın 9-da keçiriləcək prezident seçkilərində müşahidə aparacaq şəxslərin sayı artır. Son məlumata görə, seçkiləri 30 minə yaxın müşahidəçi izləyəcək”.

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.

M. Pənahov bildirib ki, 30 minə yaxın müşahidəçidən 4072 nəfər ölkə, 25292 nəfər isə dairələr üzrə müşahidə aparmaq üçün qeydiyyatdan keçib, 697 nəfəri isə beynəlxalq müşahidəçilərdir: “Müraciətlər hələ davam edir. Ümumiyyətlə, həm xarici, həm də ölkə daxilində müşahidə aparmaq istəyənlər sayının çoxluğu Azərbaycana olan marağın məntiqi nəticəsidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR