Göytəpə Arxeoloji Kompleksində aşkarlanmış qədim tikililərin ekspertizası üçün komissiya yaradılacaq

Göytəpə Arxeoloji Kompleksində aşkarlanmış qədim tikililərin ekspertizası üçün komissiya yaradılacaq
# 19 iyun 2013 15:10 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Tovuz rayonundakı Göytəpə Arxeoloji Kompleksində aşkarlanmış qədim tikililərin ekspertizası üçün ixtisaslaşmış xarici mütəxəssislərində daxil olduğu komissiya yaradılacaq. APA-nın məlumatına görə, bunu AMEA-nın Rəyasət Heyətinin (RH) keçirilən iclasında qurumun Humanitar və İctimai Elmlər Bölməsinin akademik katibi, AMEA-nın müxbir üzvü Kamal Abdulla bildirib.

Onun sözlərinə görə, RH-nin qərarına əsasən, bir ay müddətində həmin tikililərlə bağlı rəy hazırlanacaq.

K.Abdulla onu da xatırladıb ki, Prezident İlham Əliyev kompleksdə aşkarlanmış qədim tikililərin bərpası və mühafizəsi, aparılan elmi-tədqiqatların davam etdirilməsi məqsədilə 2012-ci il aprelin 18-də Tovuzda Göytəpə Arxeoloji Kompleksinin yaradılması barədə sərəncam verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR