İsmayıllı hadisələrinin səbəbkarları olan şəxslərin apellyasiya şikayətləri təmin edilməyib

İsmayıllı hadisələrinin səbəbkarları olan şəxslərin apellyasiya şikayətləri təmin edilməyib
# 16 may 2014 08:18 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Şəki Apellyasiya Məhkəməsində İsmayıllı hadisələrinə görə həbs olunan Emil Şəmdinov və Elməddin Məmmədovun apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb.


APA-nın məlumatına görə, məhkəmə apellyasiya şikayətini təmin etməyib.

Qeyd edək ki, ötən il yanvarın 23-də İsmayıllı rayonunda baş vermiş hadisələrin səbəbkarları sayılan Emil Şəmdinov və Elməddin Məmmədova Şəki Ağır Cinayətlər Məhkəməsində hökm oxunub. Hökmə əsasən Emil Şəmdinov 9 il 6 ay, Elməddin Məmmədov 3 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Emil Şəmdinov İsmayıllı şəhərindəki “Çıraq” otelinin inzibatçısı olub. Elməddin Məmmədov onun tanışıdır.


İsmayıllı olaylarına görə ümumilikdə 18 nəfər təqsirləndirilən şəxs qismində saxlanılıb və onların barəsində həbs qətimkan tədbiri seçilib. Emil Şəmdinov və Elməddin Məmmədovun işi təqsirləndirilən digər şəxslərin işindən ayrılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR