Azərbaycanda canavar kəndə hücum edib - VİDEO

Azərbaycanda canavar kəndə hücum edib - <span style="color: red;">VİDEO
# 17 aprel 2014 09:06 (UTC +04:00)

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə aprelin 17-si səhər saatlarında rayon mərkəzinə ən yaxın yaşayış məntəqəsi olan Aşağı Tala kəndində baş verib.

Aşağı Tala kənd sakini Həmzəyev Məhəmməd Tacəddin oğlunun evin həyətyanı sahəsində tikilmiş tövləyə hücum edən vəhşi tövlədə olan 5 baş qoyunu parçalayıb. Ev sahibləri hadisədən səhər tövləyə gələrkən xəbər tutublar.

Hadisə ilə bağlı dərhal rayon Baytarlıq İdarəsinə müraciət edilib. Hadisə yerinə gələn Rayon Baytarlıq İdarəsinin əməkdaşları tövlə və tövlənin ətrafında dezinfeksiya işləri aparıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR