Baş nazirin müavini Binəqədi rayonunda yaşayan məcburi köçkünləri qəbul edəcək

Baş nazirin müavini Binəqədi rayonunda yaşayan məcburi köçkünləri qəbul edəcək
# 10 iyun 2014 08:17 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Baş nazirin müavini, Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov iyunun 17-də Binəqədi rayonu ərazisində yaşayan məcburi köçkünləri qəbul edəcək.

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəbul Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında keçiriləcək.

Məcburi köçkünlər saat 9.00-dan 10.00-dək Binəqədi Rayon İcra Hakimiyyətində qəbula yazıla bilərlər. Qəbul saat 10.00 - dan başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR