Sahibkarlığa Kömək Milli Fondu Tərtər sahibkarlarından investisiya layihələrinin qəbuluna başlayıb

Sahibkarlığa Kömək Milli Fondu Tərtər sahibkarlarından investisiya layihələrinin qəbuluna başlayıb
# 24 sentyabr 2013 14:01 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Tərtər rayonunun Seydimli kəndində sahibkarlıq subyektlərinin maliyyələşdirilməsi üçün prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, Fond kiçik və orta həcmli çörək və şirniyyat məhsullarının istehsalı müəssisəsinin yaradılması, kiçik və orta həcmli üzümçülük və cins heyvandarlıq təsərrüfatlarının yaradılması üzrə layihələrin kreditləşdirilməsini məqsədəuyğun hesab edir.

Tərtər rayonunda fəaliyyət göstərən sahibkarlar bu istiqamətlərdə layihələrini SKMF-in müvəkkil kredit təşkilatlarına təqdim edə, eləcə də Fonda müraciət edərək müvafiq məsləhətlər ala bilərlər. Bununla yanaşı, sahibkarların istəyinə əsasən, SKMF layihənin dəyərinin 100%-dək həcmində kredit ayıra bilər.

Əlavə məlumat üçün Sahibkarlığa Kömək Milli Fonduna müraciət etmək olar:

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172

Telefon: (012) 434-74-29

Faks: (012) 432-37-17

e-mail: [email protected]

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR