Gəncədə mağazadan oğurluq edilib

Gəncədə mağazadan oğurluq edilib
# 17 oktyabr 2013 15:17 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncədə kompyuter mağazasından oğurluq edilib.

Gəncə Şəhər Kəpəz rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, şəhər sakini Eldəniz Əhmədov ona məxsus kompyuter mağazasından dəyəri 1600 manat olan notebookun oğurladığını bildirib.

Aparılan əməliyyat axtarış tədbirləri nəticəsində oğurluq törədən şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə məsuliyyətə cəlb edilmiş, 1989-cu il təvəllüdlü Elmir Məmmədov saxlanılaraq maddi sübutla birlikdə Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Tədqiqat bölməsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR