İƏT baş katibi: “Üzv ölkələr qarşıya qoyduğumuz məqsədlərə nail olmaq üçün bir-birləri ilə daha sıx əməkdaşlıq etməlidirlər”

İƏT baş katibi: “Üzv ölkələr qarşıya qoyduğumuz məqsədlərə nail olmaq üçün bir-birləri ilə daha sıx əməkdaşlıq etməlidirlər”
# 11 noyabr 2013 12:35 (UTC +04:00)

Bakı. Könül Kamilqızı- APA. “Kənddən şəhərə gələn uşaqlar bir çox problemlərlə qarşılaşırlar. Biz istəyirik ki, uşaqlar yaxşı şəraitdə böyüsün. İSESCO bu konfransı keçirməklə İslam ölkələri üçün əhəmiyyətli olan urbanizasiya problemlərin nə qədər diqqət ayırdığını göstərir”.

APA-nın xəbərinə görə, bu fikirlər İslam Əməkdaşlığı Təşkilatının (İƏT) baş katibi Ekmeleddin İhsanoğlunun bu gün Bakıda keçirilən İslam Təhsil, Elm, Mədəniyyət Təşkilatının (İSESCO) üzv ölkələrinin uşaq məsələləri üzrə məsul nazirlərinin “İslam Dünyasında Uşaqlar və Urbanizasiya Problemləri” adlı IV konfransına ünvanladığı müraciətdə əksini tapıb. Müraciətdə bildirilib ki, şəhərlərdə valideyn himayəsindən kənarda qalan uşaqlar çoxdur. Vurğulanıb ki, ölkələr bu işlərlə tək məşğul ola bilməzlər, gərək QHT-lər də bu işdə dövlətlərə dəstək olsunlar: “Üzv ölkələr qarşıya qoyduğumuz məsələlərə nail olmaq üçün bir-biri ilə daha sıx əməkdaşlıq etməlidirlər. Bu gün İslam ölkələrində bir sıra problemlər var. Bu qəbildən olan problemlərdən biri də İslam ölkələrində qız uşaqlarının sünnət edilməsidir. Bu doğrudan da çox acınacaqlı haldır. İslam ölkələri birgə çalışaraq bu problemin qarşısını almalıyıq. Bilirsiniz ki, təbii fəlakətlərin də böyük qurbanları uşaqlardır. Əminəm konfrans qarşısına qoyduğu məqsədlərə çatacaq və problemlərin həllinə nail olacaq”.

Qeyd edək ki, iki gün davam edəcək konfransda “Erkən uşaq təhsili və urbanizasiyanın problemləri adlı konfrans sənədi”, həmçinin “Müsəlman ölkələrində urbanizasiya məsələsi” adlı qətnamə qəbul ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR