FHN Yevlaxda baş vermiş dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb

FHN Yevlaxda baş vermiş dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb
# 30 may 2014 16:09 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “Ford” markalı avtomobilin 7 nəfər sərnişini yaralı vəziyyətdə, 2 nəfər – kimliyi məlum olmayan şəxs və 2012-ci il təvəllüdlü Fəridə Səxavət qızı Mehtiyevanın cəsədləri xilasedicilər çatana qədər xəstəxanaya aparılıb.

Avtomobilin sürücüsü yaralı vəziyyətdə və kimliyi məlum olmayan şəxsin cəsədi deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə, xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını və kimliy məlum olmayan şəxsin cəsədini avtomobildən çıxarıblar və hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR