Xalq rəssamı Ömər Eldarov Bakı Ali Neft Məktəbində olub - FOTO

Xalq rəssamı Ömər Eldarov Bakı Ali Neft Məktəbində olub - <span style="color: red;">FOTO
# 25 iyun 2014 08:18 (UTC +04:00)

Bakı - APA. Azərbaycanın xalq rəssamı, məşhur heykəltəraş, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov və prorektoru Səlhab Məmmədov Bakı Ali Neft Məktəbinin (BANM) professor-müəllim və tələbə heyəti ilə görüşüb.

Məktəbdən APA-ya verilən məlumata görə, qonaqları BANM-də görməkdən məmnunluğunu ifadə edən rektor Elmar Qasımov Ömər Eldarovun həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib, onun Azərbaycanın elm və mədəniyyətinin inkişafında göstərdiyi misilsiz xidmətlərindən bəhs edib.

Bildirib ki, Ö.Eldarov öz yaradıcılıq fəaliyyəti və xidmətləri ilə dünya şöhrətli heykəltəraşa çevrilib və Azərbaycan mədəniyyətinin dünyada tanıdılması istiqamətində böyük işlər görüb, onun yaratdığı möhtəşəm əsərlər yalnız Azərbaycanda deyil, digər ölkələrdə də yerləşdirilib.

Daha sonra E.Qasımov qeyd edib ki, bu il təməli Heydər Əliyev tərəfindən qoyulan, Azərbaycanın bugünkü iqtisadi inkişafına böyük təsir göstərən, “Əsrin müqaviləsi”nin 20-ci ildönümü münasibətilə BANM və Azərbaycan Rəssamlıq Akademiyasının birgə təşkilatçılığı ilə rəsm müsabiqəsi keçiriləcək.

Görüşdə çıxış edən Azərbaycanın xalq rəssamı, məşhur heykəltəraş, AMEA-nın həqiqi üzvü, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov BANM-yə dəvət edildiyi və yüksək səviyyəli görüş təşkil etdiyinə görə rektor E.Qasımova təşəkkürünü bildirib. Azərbaycanda heykəltəraşlıq sənəti haqqında danışan Ö.Eldarov qeyd edib ki, incəsənətin bu növünə Azərbaycanda meyl o qədər yüksək olmasa da, Azərbaycanın bu sahədə dünyada tanınan çox məşhur heykəltəraşları var və gələcəkdə də olacaq.

Görüşün sonunda qonaq BANM-nin professor-müəllim və tələbə heyətinin çoxsaylı suallarını cavablandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR