Dövlət proqramı çərçivəsində bu günə kimi 2612 gənc xaricdə təhsil alıb

 Dövlət proqramı çərçivəsində bu günə kimi 2612 gənc xaricdə təhsil alıb
# 20 iyun 2014 09:21 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində bu günə kimi 2612 gənc xaricdə təhsil almaq hüququ qazanıb.

APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarovun Bakıda keçirilən xaricdə təhsil almış məzunların 3-cü təhsil forumuna ünvanlanan müraciətində bildirilib ki, onlardan 600-dən çoxu məzun olaraq geri qayıdıb və müxtəlif özəl, dövlət sektorlarında fəaliyyət göstərməkdədirlər: “Lakin nəzərə alınmalıdır ki, dövlət proqramı orta perspektivli bir mexanizmdir. Burada əsas hədəf ölkənin ali təhsil sistemini təkmilləşdirilməsi və dünya standartlarına uyğunlaşdırılmasıdır. Xaricdə təhsil alan gənclərdən yeganə tələbimiz isə təhsil aldıqları ölkə və xarici təhsil müəssisələrində maksimum bilik, bacarıq və təcrübə əldə edərək onları ölkədə müvafiq ixtisas sahələri üzrə tətbiq etmələridir. Dövlət proqramının əsas məqsədi həmin məzunların beynəlxalq təhsil təcrübəsindən, bilik və bacarıqlarından istifadə edərək daha mütərəqqi ideyalarla zəngin təhsil sistemini yaratmaqdır. Ümumiyyətlə, təhsil sahəsi üzrə aparılan innovativ təşəbbüslərlə zəngin istənilən tədqiqat təhsilin inkişaf konsepsiyasının davamlı və nəticəyönümlü təhsil siyasətinin formalaşmasında, məqsədə müvafiq qərarların qəbul edilməsində mühüm, əsas rol oynayır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR